"Mən elə bilirdim ki, mövsüm ləvğ edilsə, klublar ümumi reytinqlərinə görə avrokuboklara buraxılacaq. Amma elə olmadı, turnir cədvəlində hazırkı mövqelərinə əsasən qərar veriləcək"

"Onlayn məşqlər edirik. Fərdi şəkildə də çalışmağa cəhd edirəm. Qalan bekar vaxtlarımda isə "playstation" oynayıram, kitab oxuyuram. Artıq Ziqmund Freydin "Həyatın qaydalar" kitabını bitirmişəm, hazırda isə çingiz Abdullayevin "Centlmen sövdələşməsi" əsərini oxuyuram.  Bunlarla yanaşı, evdə ustalıq bacarıqlarımı da yoxlayıram"

Bu sözləri matc.az saytına "Sumqayıt"ın futbolçusu Sertan Taşkın deyib. O, Premyer Liqanın mümkün ləğvi və oyunçuların maaşlarının azladılma ehtimalından da danışıb:

"Mən elə bilirdim ki, mövsüm ləvğ edilsə, klublar ümumi reytinqlərinə görə avrokuboklara buraxılacaq. Amma elə olmadı, turnir cədvəlində hazırkı mövqelərinə əsasən qərar veriləcək. Düzdür, bu halda biz 4-cü oluruq. Ancaq yenə də, qərarı ədalətsiz hesab etmərəm. Amma təbii ki, hər futbolçu avrokublarda oynamaq istəyər. Maaşların azalması ehtimalına gəlincə, inanmıram ki, belə bir qərar verilər. çünki bizim o qədər böyük maaşımız yoxdur.  Ancaq qərar verilsə, kollektivə qarşı bir söz demərəm, razı olaram".

U-21 millimizin üzvü gələcəkdə legioner həyatı da yaşamaq istədiyini bildirib: "özümü xaricdə də sınamaq istəyərəm. Bu, Türkiyə də ola bilər, kənar da. Mənim üçün Super Liqa və ya birinci divizion olmasının fərqi yoxdur. Ancaq təbii ki, əsas liqanı daha üstün tutaram".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest