Məlumata görə, liqanın bərpası üçün müəyyən variantlar nəzərdən keçirilir. Onlardan biri Bundesliqanın davam edəcəyi təqdirdə futbolçularla təmasda olan hər kəsin karantinə alınmasıdır

Bundesliqasında oyunçular meydana maska ilə çıxa bilər. Matc.az Almaniya mətbuata istinadən xəbər verir ki, bu barədə Klublar Birliyi çalışmalara başlayıb.

Məlumata görə, liqanın bərpası üçün müəyyən variantlar nəzərdən keçirilir. Onlardan biri Bundesliqanın davam edəcəyi təqdirdə futbolçularla təmasda olan hər kəsin karantinə alınmasıdır. Bunun üçün ölkədəki böyük otellərin biri hazır vəziyyətə gətiriləcək.

Bununla yanaşı, müzakirələr arasında futbolçuların meydana maska ilə çıxması da var. Hətta oyunçular qol sevinci zamanı belə ara məsafəsini qorumalı olacaqlar.

Bundesliqanın davamı üçün hazırlanın təklif paketinin yaxın günlərdə səhiyyə nazirliyinə veriləcəyi bildirilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest