FIFA koronavirus pandemiyasından əziyyət çəkən milli assosiasiyalara maliyyə yardımı edəcək.

Matc.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, 150 milyon ABŞ dolları məbləğində vəsaiti dünyanın 211 milli federasiyası arasında bölüşdürüləcək. Xəbərdə hər federasiyaya 500 min avro düşəcəyi qeyd edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest