"Qalatasaray"ın yarımmüdafiəçisi Yunis Belhanda karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "Əl Nəsr" futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, 29 yaşlı oyunçu yay transfer dönəmində komandadan göndəriləcək. Belhandanın klubun bir neçə üzvi ilə müsabitlərinin pis olduğu bildirilir.

Bununla yanaşı, İstanbul təmsilçisi maaşları azatmağa və heyətə yeni futbolçular cəlb edə bilməyəcək üçün mərakeşlini satmağa hazırdır.

Qeyd edək ki, Belhandanın "Qalatasaray2"a 2021-ci ilə qədər müqaviləsi var. Daha öncə "Lion"un da onunla maraqlandığı bildirilirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest