"Milan"ın forvardı Zlatan İbrahimoviç koronavirus pandemiyası dönəmində İsveçdə keçirdiyi günlərdən danışıb. Matc.az xəbər verir ki, o, İtaliyaya nə vaxt qayıdacağını bilmədiyini söyləyib:

"Əlbətdə ki, baş verənlərdən narahatam. Ancaq hər şeyə rəğmən, həyata davam etməlisiniz. Avropada xüsusəndə İtaliyada heç kimin məşq edə bilmədəyi dönəmdə burada rahat hazırlaşa bilirəm. Belə bir fürsətə sahib olduğum üçün şadam. çim təbii olmasa da, hər şey əladır. Gələcəyim haqda dəqiq heç nə bilmirəm. Koronavirusun bu səviyyədə olacağını heç kim təxmin etməzdi. Hazırda "Milan"la müqaviləm davam edir. Mümkün qədər uzun zaman futbol oynamaq istəyirəm. İtaliyaya nə vaxt dönəcəyimi heç kim bilmir. Məşqlər bərpa olan kimi qayıtma ehtimalım var".

Qeyd edək ki, İbrahimoviçin "Milan"la mövsüm sonuna qədər müqaviləsi var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest