"Beşiktaş"da əlimdən gələni etdim, vicdanım rahatdı. Çox çətin dönəm idi. Kimin görə uğurlu, kiminə görə uğursuz ola bilərəm"

Türkiyə millisinin sabiq baş məşqçisi Abdullah Avcı gələcək karyerası barədə açıqlama verib. Matc.az xəbər verir ki, "NTV" kanalına danaşın təcrübəli mütəxəssis bir neçə yerdən təklif aldığını bildirib:

"Beşiktaş"da əlimdən gələni etdim, vicdanım rahatdı. çox çətin dönəm idi. Kimin görə uğurlu, kiminə görə uğursuz ola bilərəm. Ancaq komanda mənim istədiyim şəkildə idi. Yaşadıqlarımdan dərs çıxarmalıyam, gələn dəfə daha fərqli analizlər etməliyəm. "Beşiktaş"dan ayrıldıqdan sonra ölkədaxili və ölkəxaricindən bir neçə təkliflər almışam. Ancaq yekun qərarımı verməmişəm. Karyeramı sağlamlıq məsələləri həll edildikdən sonra planlayacam".

Qeyd edək ki, 48 yaşlı çalışdırıcı AFFA-nın milli komanda üçün düşündüyü namizədlərdən biridir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest