"Barselona" müdafiəçisi Emersonu mövsümün sonunda göndərmək niyyətindədir. Matc.az xəbər verir ki, Kataloniya klubu hazırda icarə əsasında "Betis"də çıxış edən braziliyalı futbolçunun satışından gəlir əldə etmək istəyir.

Məlumata görə, ötən il "Atletiko Mineyro"dan transfer edilən 21 yaşlı oyunçuya 20 milyon avro qiymət qoyulub. O, cari mövsüm "Betis"də 23 oyun keçirib və 3 qol vurub.

Qeyd edək ki, Emersonun "Barselona" ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest