"Nyukasl" heyətinə ulduz futbolçuları cəlb etməyə hazırlaşır. Matc.az xəbər verir ki, 300 milyon avro qarşılığında Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salmana satılan klub gələn ildən iddialı bir komanda formalaşdırmaq niyyətindədir.

Məlumata görə,  Premyer Liqa təmsilçisi yay transfer dönəmində Qaret Beyl, Edinson Kavani və Artur Vidal kimi oyunçuları almaq istəyir. Klub rəhbərliyinin üç futbolçunu da heyətə qatacağı gözlənilir.

Bununla yanaşı, hazırda "Nyukasl"da baş məşqçi axtarışları da davam edir. İngiltərə mətbuatı rəhbərliyin iki namizəd üstündə dayandığını bildirir. Bunlar Maurisio Poçettino və Massimiliano Alleqridir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest