"Formula-1" üzrə dünya çempionatının yeni mövsümünün təxmini başlama tarixi müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi tvitter səhifəsi paylaşım edib.

Məlumata görə, mövsümün 15-18 yarışdan ibarət olması və həftəsonları keçirilməsi planlaşdırılır. Koronavirus pandemiyası ilə əlaqədar olaraq keçirilməyən "Formula-1"in 3-5 iyul tarixində Avstriya Qran-Prisi ilə başlaması hədəflənib.

Qeyd edək ki, mövsümün Azərbaycanda keçiriləcək Qran-Prisi qeyri-müəyyən müddətə təxirə salınıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest