"Barselona" Lautaro Martinesin alınması üçün pul tapmaqda çətinlik çəkir. Matc.az "Sky Sport"a istinadən xəbər verir ki, futbolçunun  qiyməti 111 milyon avrodur.

Məlumata görə, Martines "Barselona"nın əsas transfer hədəfidir. "İnter" oyunçunu buraxmaq istəmir. Ancaq buna baxmayaraq, Martinesin müqaviləsində 111 milyon qarşılığında sərbəst qalacağı qeyd edilib.

Kataloniya klubu isə koronavirus pandemiyası səbəbindən maliyyə böhranı yaşayır. Ona görə də bu məbləği ödəməyə çətinlik çəkir.

Qeyd edək ki, Lautaronun "İnter" lə müqaviləsi 2023-cü ilə qədərdir. 22 yaşlı hücumçu 31 matçda 16 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest