28 Aprel 2020, 09:15
FUTBOL
"Karantin vaxtı gedəcəyim yer yoxdur. Komandamız məşq üçün "Zoom" proqramından istifa edir, hazırlıqdan sonra evdə istirahət edirəm"
"Səbail" futbolçusu Maykl Esyen karantin zamanı vaxtını necə keçirdiyindən danışıb. Matc.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi "Neftçi"nin haitili futbolçusu Donald Gerye ilə "Instagram"da canlı söhbət edib:
"Karantin vaxtı gedəcəyim yer yoxdur. Komandamız məşq üçün "Zoom" proqramından istifa edir, hazırlıqdan sonra evdə istirahət edirəm. Bəzən Qana musiqisinə də qulaq asıram".
Essyen Geryedən dəvət alacağı təqdirdə Haitini ziyarət edəcəyinə söz verib. "O, məni Haitiyə dəvət etsə, səyahət etməyi sevdiyim üçün gedəcəyəm".
Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından "Səbail"də çıxış edir. Donald Gerye isə cari mövsümdən "Neftçi"nin formasını geyinir. Koronavirus pandemiyasına görə dayandırılan Azərbaycan Premyer Liqasının mayın 23-də bərpa olunacağı açıqlanıb.