28 Aprel 2020, 09:55
FUTBOL
Mövsümü icarə əsasında PSJ-də keçirən Mauro İcardi gələcəyi ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, argentinalı hücumçu Parisdə qalmağın əleyhinə deyil.
Məlumata görə, klubun idman direktoru Leonardo İkardinin ayrılmasını istəmir. Futbolçunun da Fransada qalmağı müsbət yanaşdığı bildirilir. Tərəflər arasında razılıq çempionat bərpa edildikdən sonra olacaq.
Daha əvvəl "Napoli"nin də oyunçu ilə maraqlandığı deyilirdi. Ancaq o, İtaliya klubuna keçmək istəməyib. İkardi müqavilə ilə "İnter"ə məxsusdur.
Qeyd edək ki, argentinalı forvard bu mövsüm PSJ-də 31 oyun keçirib və 20 qol vurub.