"Ən sevdiyim işi gördüyüm üçün xoşbəxtəm və qürur duyuram. Ailəmə, valideynlərimə və bütün dostlarıma mənə olan sevgi və dəstəklərinə görə təşəkkür edirəm"
"Sabah"dan ayrılan Marko Deviç karyerasını bitirməsinin ardından fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bununla bağlı "İnstaqram" hesabında yazıb:
"Ən sevdiyim işi gördüyüm üçün xoşbəxtəm və qürur duyuram. Ailəmə, valideynlərimə və bütün dostlarıma mənə olan sevgi və dəstəklərinə görə təşəkkür edirəm. Karyeramda əməyi olan məşqçilərə, komanda yoldaşlarıma və mənlə əməkdaşlıq edən hər kəsə minnətdaram. Hər son yeni bir başlanğıcdır".
Qeyd edək ki, Deviç qış fasiləsində "Sabah"a trasnfer olunub. O, koronavirus pandemiyası səbəbindən yararan fasilədə "Sabah"la müqaviləsini sonlandırıb.