İtaliya A seriyasının yaranan fasilədən sonrakı bərpası üçün son tarix müəyyənləşib. Matc.az xəbər verir ki, çempionat iyunun 14-dək başlamalıdır.

Məlumata görə, əgər həmin tarixədək yarış bərpa olunmasa, davam etdirilmədən başa çatacaq. Futbolçulara formalarını bərpa etmək üçün 4 həftə lazım gələcək. Lakin hələlik məşqlərə icazə verilməyib.

Qeyd edək ki, təşkilatçılar mayın 1-də ödənilməli olan telayayımla bağlı son vəsaitin daxil olmamasından da ehtiyatlanır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest