İngiltərə Premyer Liqası mövsümü iyunun 13-də davam etdirə bilər. Matc.az "Mirror"a istinadən xəbər verir ki, liqa rəhbərliyi artıq çempionatın davamının müddəti barədə klublara, futbolçulara və məşqçilərə məktubla müraciət edib.

Komandalar kollektiv məşqləri may ortalarında bərpa edəcəklər. Son qərarı isə Böyük Britaniya hökuməti verməlidir. Qeyd edilir ki, bu işlə Britaniyanın mədəniyyəti naziri Oliver Dauden məşğul olur. O, həmçinin başqa kütləvi tədbirlərin keçirilməsinə məsuliyyət daşıyır. Məlumata görə, nazir məhdudiyyətlərin ləğvi haqqında "məhsuldar danışıqlar" keçirib.

İngiltərə Premyer Liqasının klubları turnirin 8 iyunda davam etdirilməsi məsələsini mayın 1-də müzakirə edəcəklər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest