Məlumata görə, yarımmüdafiəçi rəhbərliyə komandada qalmaq istədiyini bildirib. O, bunun üçün maaşında fədakarlıq etməyə hazır olduğunu da qeyd edib

Alper Potuk gələcək karyerası barədə qərarını verib. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu "Fənərbaxça"dan ayrılmaq istəmir.

Məlumata görə, yarımmüdafiəçi rəhbərliyə komandada qalmaq istədiyini bildirib. O, bunun üçün maaşında fədakarlıq etməyə hazır olduğunu da qeyd edib. Alper hətta gələn mövsüm "Fənərbaxça"da pul almadan belə çıxış etməyə hazırdır.

Daha öncə Türkiyə mətbuatı "Fənərbaxça"nın onu göndərəcəyini və oyunçunun "Göztəpə"yə keçəcəyini iddia edirdi.

Qeyd edək ki, Potukun yanvarda "Qarabağ"a gələcəyi barədə söz-söhbətlər var idi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest