"Barselona"nın kapitanı Lionel Messi Filipp Koutinyonun satılmasını istəmir. Matc.az "Athletic"ə istinadən xəbər verir ki, argentinalı futbolçu braziliyalının komandaya faydalı olacağını düşünür.

Məlumata görə, Kataloniya klubu Koutinyonu satmaq niyyətindədir. İcarə əsasında "Bavariya"da çıxış edən yarımmüdafiəçi gözləntilərin uzağında qaldı. Münhen təmsilçisinin onunla müqavilə uzatmayacağı bildirilir. "Barselona" rəhbərliyi isə futbolçunu ən pis halda icarəyə verməyi düşünür.

Ancaq Messi rəhbərlikdən Koutinyonu komandada saxlamalarını tələb edib. Leo ilə yanaşı, daha bir neçə futbolçunun 28 yaşlı oyunçunun satılmasından narazı olduğu vurğulanıb.

Qeyd edək ki, Koutiyonun karyerasını Premyer Liqada davam etdirmə ehtimalı var. Fubtolçu ilə "çelsi" və "Everton" klubları maraqlanır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest