29 Aprel 2020, 14:38
FUTBOL
"İnter" hücumçusu Mauro İkardinin taleyinə aydınlıq gətirə bilmir. Matc.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Xaver Zanetti açıqlama verib:
"İkardinin geri dönəcəyini bilmirəm. Transfer məsələsini hələ müzakirə etməmişik. İndi əsas mövzu sağlamlıqdır. Hər şey normala dönsün, bundan sonra düşünmək imkanımız olacaq".
Xatırladaq ki, argentinalı cari mövsümü icarə əsasında PSJ-də keçirib. Fransa klubu hücumçunu komandada saxlamaq niyyətindədir.
Qeyd edək ki, hücumçu cari mövsümdə PSJ-də 31 oyun keçirib və 20 qol vurub.