"Nyukasl"ın yeni sahiblərinin baş məşqçi postuna namizədləri müəyyənləşib. Matc.az xəbər verir ki, rəhbərlik argentinalı Maurisio Poçettinoya təklif göndərəcək.

ötən ilin noyabrında İngiltərə "Tottenhem"indən istefaya göndərilən cənubi amerikalıya illik 19 milyon funt sterlinq maaş vəd olunur. Lakin 48 yaşlı mütəxəssislə müqavilədən sonra Premyer Liqa alqı-satqıya razılıq verməlidir.

"Nyukasl"  Poçettino ilə razılaşmasa, Rafael Benitesi "sükanı arxası"na gətirməyi planlaşdırır. 2016-19-cu illərdə bu komandaya rəhbərlik edən mütəxəssis hazırda çinin "Dalyan Pro" klubunu çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest