Pol Poqba yenidən İtaliyaya qayıda bilər. Matc.az xəbər verir ki, oyunçu "Yuventus"un transfer siyahısında ilk sıradadır.

Məlumata görə, fransalı mövsüm sonunda İngiltərədən ayrılacaq. Aprelin əvvəlində "Mançester Yunayted" nümayəndələri Poqbanın agenti ilə görüşsə də, razılığa gələ bilməmişdilər. Yarımmüdafiəçinin komandadan ayrılmaq istədiyi bildirilir.

"Yuventus" isə Poqbanın xidmətində maraqlıdır. Turin təmsilçisinin rəsmiləri fransalıya təklif verməyə hazırlaşır. Bununla yanaşı, onun İtaliyaya qayıtmağa müsbət yanaşdığı deyilir.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2016-cı ildə 100 milyon avro qarşılığında "Yuventus"dan "qırmızı şeytanlar"a keçmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest