"Leyptsiq"in hücumçusu Timo Verner mövsümün sonunda komandanı tərk edə bilər. Matc.az xəbər verir ki, almaniyalı futbolçu karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Məlumata görə, "Bavariya" da oyunçunu xidmətində maraqlı idi. Ancaq Verner Münhen təmsilçisindən oynamaqdan imtina edib. O, Bundesliqada başqa komandada çıxış etməyəcəyini bildirib.

Almaniya mətbuatı Vernerin "Liverpul"a keçəcəyini yazır. Daha əvvəl futbolçu özü də "qırmızılar"a getmək və almaniyalı mütəxəssislə çalışmaq istədiyini etiraf edib.

Qeyd edək ki, 24 yaşlı forvard cari mövsümdə komandası ilə 25 oyunda 21 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest