İngiltərə Premyer Liqa klubları həftədə iki dəfə oyunçuları və işçiləri koronavirus testindən keçirməyə hazırlaşır. Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Məlumata görə, La Liqa və Bundesliqada da eyni sistem tətbiq ediləcək.Testlərin Premyer Liqanın özəl maliyyələşdirmə mənbələri tərəfindən ödəniləcəyi qeyd edilib. Mayın 1-də klubların keçirəcəyi növbəti videokonfransda bu təşəbbüsün müzakirə olunacağı gözlənilir.

Hazırda Premyer Liqada mövsüm koronavirus pandemiyası səbəbindən dayandırılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest