"Barselona"nın müdafiəçisi Nelson Semedo karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, "Mançester Siti" oyunçunun xidmətində maraqlıdır.

Məlumata görə, tərəflər arasında danışıqlar başlayıb. Razılaşmanın yaxın günlərdə açıqlanacağı bildirilir. Kataloniya klubu futbolçunun satışından 45 milyon avro qazanmaq istəyir.

Koronavirus pandemiyasından maliyyə böhranı yaşayan "Barselona"nın heyətə yeni oyunçular cəlb etmək üçün daha bir neçə futbolçu ilə yollarını ayıra bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest