Premyer Liqa klublarının bəzi oyunçuları meydana çıxmaq istəmir. Matc.az "ESPN"ə istinadən xəbər verir ki, futbolçular koronavirus pandemiyasından ehtiyat edirlər.

Məlumata görə, adları açıqlanmayan bir neçə oyunçu çemionatın bitməsinin tərəfdarıdır. Onlar təhlükəsizlik baxımından oyunların davam etməsini düzgün hesab etmir.  Premyer Liqa təmsilçilərinin bəziləri məşqləri bərpa etsə də, çempionatın gələcəyi hələ də bəlirsizdir.

Qeyd edək ki, İngiltərə liqası martın-13-dən koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırlıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest