Azərbaycan çempionatlarında 5 dəfə 10 top fərqli nəticə qeydə alınıb. Matc.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, "Neftçi" və "Kəpəz" hərəyə 2, "Turan" bir dəfə belə böyük hesabla qalib gəlib.
 
Mütləq rekord Gəncə klubuna məxsusdur. "Kəpəz" "Şəmkir"i 12 top fərqi ilə məğlub edib – 14:2. "Neftçi" ən böyük quru hesabın müəllifidir. Bakılılar "Şahdağ"ın qapısından 11 top keçirib. "Ağ-qaralar" həm də səfərdə ən böyük hesabla qalib gələn komandadır. "Neftçi" Sumqayıtda "Xəzər"in qapısına 10 cavabsız qol vurub. "Turan" eyni hesabla "Kürmük"ə qalib gəlib. İki ağır məğlubiyyət alan "Şahdağ" Gəncədə "Kəpəz"ə qol vursa da, 10 top fərqi ilə məğlub olub.
 
Qeyd edək ki, koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümün ən böyükhesablı nəticəsi bu il fevralın 15-də baş tutan "Zirə" – "Qarabağ" (0:6) görüşünə təsadüf edib.
 
 
 
10 və daha çox top fərqilə qazanılan qələbələr
 
1996/97 mövsümü
 
23.11.1996. "Kəpəz" – "Şəmkir" -  14:2
 
1998/99 mövsümü
 
07.02.1999. "Neftçi" – "Şahdağ" Qs - 11:0
 
1993/94 mövsümü
 
28.05.1994. "Turan" – "Kürmük" - 10:0
 
1994/95 mövsümü
 
20.10.1994. "Xəzər" S – "Neftçi" - 0:10
 
1998/99 mövsümü
 
19.09.1998. "Kəpəz" – "Şahdağ" Qs - 11:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest