"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç komandanı tərk etmək niyyətində deyil. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

32 yaşlı futbolçunun mövsüm sonunda "Atletiko"ya keçəcəyi yazılırdı. Ancaq xorvatiyalı "Barselona"da qalmaq istəyir. Daha öncə onun baş məşqçi Kike Setyenin planlarına daxil olmadığı bildirilirdi.

Qeyd edək ki, Rakitiç cari mövsümdə "Barselona" üçün 31 oyun keçirib və 4 asist edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest