Maaşı 40 faiz endirildikdən sonra əvəzedici heyətə göndərilən 29 yaşlı oyunçu bu gün klubun bazasına çağırılıb. Rəhbərlik tərəfindən bağışlanılan Alper maaşının bir qədər də azaldılmasına razılıq verib

"Fənərbaxça" futbolçusu Alper Potukla bağlı qərarını dəyişib. Matc.az xəbər verir ki, "sarı-lacivərdlilər" yarımmüdafiəçini yenidən heyətə cəlb etmək qərarına gəlib.
 
Maaşı 40 faiz endirildikdən sonra əvəzedici heyətə göndərilən 29 yaşlı oyunçu bu gün klubun bazasına çağırılıb. Rəhbərlik tərəfindən bağışlanılan Alper maaşının bir qədər də azaldılmasına razılıq verib. Türkiyə millisinin sabiq üzvünün "Fənərbaxça" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.
 
Qeyd edək ki, "Qarabağ" Alperi bu ilin yanvarında icarəyə götürməyə çalışsa da, futbolçu son anda Azərbaycan klubuna keçməkdən imtina edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest