"Mançester Siti"nin futbolçusu Serxio Aquero koronavirus pandemiyasından danışıb. Matc.az xəbər verir ki, argentinalı forvard vəziyyətin çox gərgin olduğunu bildirib:

"Heç bir əlaməti olmadan virusun daşıyıcısı ola bilərsiniz. Qəribədir ki, xəbəriniz olmur, ancaq koronavirusa yoluxursunuz. Bu halda isə evdə problem ola bilər. Futbolçular çox qorxur. çünki bizim ailəmiz, uşaqlarımız var. çox gərgin bir dönəmdən keçirik. ümid edirəm ki, ən qısa vaxtda həkimlər bunun çarəsini tapacaqlar".

Qeyd edək ki, İngiltərə çempionatının iyunun 8-də bərpa olunması iddia edilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest