Məlumata görə, mərkəzdə işləyən qadınlardan biri federasiya rəhbəri ilə cinsi əlaqədə olmaq üçün təzyiq göstərir.

Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bart ölkədəki təlim-məşq mərkəzində gənc qızlara qarşı cinsi zorakılıqda ittiham olunur. Matc.az xəbər verir ki, bu barədə hadisə qurbanlarından biri "The Guardian"a açıqlama verib.

Məlumata görə, mərkəzdə işləyən qadınlardan biri federasiya rəhbəri ilə cinsi əlaqədə olmaq üçün təzyiq göstərir. Ən yaxşı gənc oyunçulardan biri 2018-ci ildə 17 yaşında ikən qızlığını itirib və abort etməli olub.

Federasiya rəhbəri isə ittihamları rədd edib. O, heç vaxt belə halların yaşanmadığını və bu barədə heç kimin ondan şikayətçi olunmadığını bildirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest