Türkiyə Super Liqasının gələcəyi müzakirə olunur. Matc.az xəbər verir ki, federasiya rəhbərliyi və klub nümayəndələri mayın 19-da bir araya gələcəklər.

Məlumata görə, mövsümün aqibəti sözügedən toplantıdan sonra müəyyənləşəcək. İclasda mövcud vəziyyət göz önünə alınacaq və ona uyğun qərar veriləcək.

Qeyd edək ki, Super Liqanın tamamlanması üçün bir neçə variantların olduğu bildirilir. Onlardan biri də pley-off sistemidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest