"Barselona"nın Neymarı alacağı inandırıcı deyil. Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Kike Setyen məlumat verib.

O bildirib ki, hazırkı məqamda klubun böyük məbləğdə tranfer etməsi inandırıcı deyil. Setyen rəhbərlikdən bunu tələb etməyəcəyini qeyd edib.

28 yaşlı futbolçu cari mövsüm PSJ-də 22 oyun keçirib və 18 qol vurub.

Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest