Premyer Liqa təmsilçiləri mövsümün bərpasında müəyyən problemlər yaşayır. Matc.az xəbər verir ki, çempionatın davamı üçün bütün futboçuların, məşqçilər heyətinin və teniki işçilərin testdən keçməsi lazımdır.

Məlumata görə, federasiya rəhbərliyi və təşkilatçılar mövsümün bərpasında koronavirusa yoluxmanın sayının artmasından ehtiyat edirlər. Bunun üçün də qarşılaşmaların 2021-ci ilin yanvarından sonra azarkeşlə keçirilməsi müzakirə olunur.

Bundan əlavə isə bəzi oyunçuların müqaviləsi iyunda sona çatır. Ancaq mövsüm davam etsə, onlar sözləşməni uzatmağa məcbur qalacaqlar. Klubların yaşadığı maliyyə problemləri isə oyunçularla müqavilə uzatmağa imkan vermir.

Qeyd edək ki, Premyer Liqada mayın 18-i komandaların məşqləri bərpa edəcəyi, çempionatın isə iyunun 8-də başlayacağı gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest