"Barselona" bir neçə oyunçusu ilə müqavilə yeniləməyə hazırlaşır. Matc.az xəbər verir ki, Kataloniya klubunda əsas hədəf Lionel Messiylə sözləşməni uzatmaqdır.

Məlumata görə, argentinalı futbolçunun müqaviləsi 2021-ci ildə sona çatacaq. Rəhbərlik Messiylə bu müddəti uzatmaq istəyir. Ancaq hələlik tərəflər arasında razılıq əldə olunmayıb.

Luis Suaresində müqaviləsi gələn il başa çatır. "Barselona"nın uruqvaylı futbolçu ilə sözləşmədə porblem yaşamayacağı bildirilir. Suaresin komandada qalacağı dəqiqdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest