"Açığı, nə olacağını biz də bimirik. Qərardan da gördük ki, komandaların məşqləri bərpa etməsi hələlik nəzərdə tutulmayıb. Hazırda biz də gözləmə mövqeyindəyik".

Bu sözləri matc.az saytına "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib. O, yaranan fasilədən sonra oyunçuların meydanda maksimum gücü ilə mübarizə aparmalarının çətin olacağını bildirib: "İki aylıq fasilə futbolçu üçün uzun müddətdir. İstirahət vaxtı belə, onlar fərdi şəkildə məşq edirdilər. Ancaq indi vəziyyət başqadır. Bu qədər fasilədən sonra oynamaq çətin olacaq. Amma oyunçularda futbola başlamaq istəyi o qədərdir ki, məşqlə o çətinliyi aradan qaldırmaq olar. Hazırda yalnız çempionatın bərpasını istəyirik. Qalan bütün nöqsanları aradan qaldıra biləcəyimiz düşünürük. Sonuncu yerdə olsaq da, bu fasilənin bizə sərf etdiyini deyə bilmərik".

Baxşıyev koronavarirus infeksiyasının bölgələrdə daha az olması səbəbindən matçların paytaxdan kənarda keçirilmə ehtimalına isə belə cavab verib: "Bu işlərdə cavabdeh olan şəxslər var, onlar hansı qərarı versə, hörmətlə yanaşacağıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest