"Yuventus"un hücumçusu Qonsalo İquain komandanı tərk edəcək. Matc.az xəbər verir ki, Turin klubu 33 yaşlı forvardla mövsümün sonunda yollarını ayırmağa hazırlaşır.

Argentina millisinin üzvünün "River Pleyt"ə qayıtmaq ehtimalı yüksəkdir. İtaliya klubu onun qarşılığında sözügedən komandanın yarımmüdafiəçi Julian Alvaresi istəyib. İquain özü də anasının səhhətində yaranan problemə görə vətənə qayıtmaq arzusundadır.

Qeyd edək ki, "River Pleyt"in yetirməsi olan Qonsalo İquain 2007-ci ildə həmin klubdan "Real"a keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest