"Barselona" hücumçu Lautaro Martineslə bağlı "İnter"lə danışıqları davam etdirir. Matc.az "La Gazzeta dello Sport"a istinadən xəbər verir ki, Kataloniya klubu oyunçu üçün qarşı tərəfə 80 milyon avro və 3 futbolçusunu təklif edib.

Məlumata görə, bunlar Xunior Firpo, Nelson Semedo və Can Klera Todibodur. Ancaq "İnter" bu təkliflə də razılaşmayıb. İtaliya klubu 22 yaşlı argentinalı üçün müqaviləsində nəzərdə tutulmuş 111 milyon avro təzminatı almaq istəyir. 90 milyon avrodan aşağı gələn təklifləri isə müzakirə edilməyəcəyi bildirilir.

Qeyd edək ki, Lautaro cari mövsüm  A Seriyasında 22 matç keçirib və 11 qol vurub.           

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest