Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Ersgebirge"nin oyunçuları karantinə alınıblar.

Matc.az II Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb koronavirus testindən keçən komanda üzvlərindən birində müsbət nəticə qeydə alınıb. Həmin şəxsin adı açıqlanmayıb. Klubun üzvləri mayın 7-dək evlərində karantində olacaqlar.

Qeyd edək ki, 2014-cü ildən Azərbaycan millisinə dəvət alan Dmitri Nazarov "Ersgebirge"nin formasını 2016-cı ildən geyinir. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest