"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandanın transfer siyasətini şərh edib. Matc.az xəbər verir ki, o, heyətin gəncləşdirilmə ehtimalına münasibət bildirib:

"Mane və Salah uzun illər "Liverpul"da oynaya biləcək qədər gəncdirlər. Mən heyətimdən tamamilə razıyam və digər oyunçuların gələcəyini xəyal etmirəm. Mbappe və ya Sançonu ala biləcəyimizi zaman göstərəcək, hazırda əsas məqsədimiz əlimizdə olan oyunçularla maksimuma çatmaqdır. Düzdür, adı çəkilən iki futbolçunu da bəyənirəm. Mbappe və Sanço müstəsna oyunçulardır, amma mənim onlara heç vaxt məşq etməməyim problem olmayacaq".

Qeyd edək ki, fransalı hücumçunun "qırmızılar"a keçəcəyi iddia edilir. O, Paris təmsilçisinin müqavilə uzatma təklifni geri çevirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest