FIFA matçlarda əvəzetmələrin sayının müvəqqəti artırılmasına razı olub.  Matc.az "Marca"ya istinadən xəbər verir ki, bununla bağlı gələn həftə ictimaiyyətə açıqlama veriləcək.

Məlumata görə, FIFA-dan sonra bu qayda Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) tərəfindən də təsdiqlənməlidir.

Aprelin sonunda oyunçuları zədələrdən qorumaq üçün qarşılaşmalardakı əvəzetmə sayının üçdən beşə artırılmasını təklif edilmişdi.

Qeyd edək ki, AFFA da Azərbaycan Premyer Liqasının oyunlarında 4-cü əvəzetmənin aparılmasına razılıq almaq üçün FİFA-ya müraciət edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest