06 May 2020, 16:46
FUTBOL
Türkiyənin "Hacettepe" klubunun sabiq futbolçusu Cevher Toktaş 5 yaşlı oğlunu öldürüb. Matc.az xəbər verir ki, 33 yaşlı sabiq oyunçu hadisədən 11 gün sonra törətdiyi cinayəti etiraf edib.
O, Bursada koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən Kasımı aprelin 23-də qətlə yetirib. Cinayətkar oğlunun başına yastıq basaraq boğub.
Toktaş cinayətin səbəbi kimi oğlunu sevmədiyini və bunu əsəb keçirməsi ilə izah edib. Onun etirafından sonra hadisəylə bağlı cinayət işi açılıb.