"Real"ın hücumçusu Qaret Beyl karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, "Nyukasl" klubu uelsli futbolçu üçün 60 milyon avro ödəməyə hazırdır.

Məlumata görə, 30 yaşlı forvardın Madrid klubundan ayrılacağı dəqiqdir. "Real" oyunçunu yayda göndərmək niyyətindədir. "Nyukals"ın təklifinin "kral klubu" üçün uyğun olduğu bildirilir.

Beyl cari mövsüm "Real"ın heyətində 14 matç keçirib və 2 qol vurub.                       

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest