"Məni öz sıralarına qatmaq istəyirdilər. Amma düşündüm ki, ora karyeramın sonunda, yaxşı pul qazanmaq istəyəndə getmək lazımdır"

Ukraynanın I Divizionunda çıxış edən "Minay" klubunun futbolçusu Anatoli Nuriyev çempionatın rəsmi saytına açıqlama verib. Matc.az xəbər verir ki, 24 yaşlı hücumçu "Sumqayıt" onun xidmətində maraqlı olub:

"Məni öz sıralarına qatmaq istəyirdilər. Amma düşündüm ki, ora karyeramın sonunda, yaxşı pul qazanmaq istəyəndə getmək lazımdır. çünki oynamaq və inkişaf etmək istəyirdim. Zaman göstərdi ki, "Minay" variantını əbəs yerə seçməmişəm".

Qeyd edək ki, 2018-ci ildən "Minay"da çıxış edən Anatoli Nuriyev 41 oyunda meydana çıxıb və 21 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest