Millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Foneks Risinq" klubu məşqləri bərpa edib. Matc.az klub saytına istinadən xəbər verir ki, komanda hazırlığı kiçik qrup şəklində gərçəkləşdirib.

Məşqdən öncə oyunçuların temperaturları yoxlanılıb. Daha sonra futbolçular fiziki və toplu çalışmaları yerinə yetirib.

Qeyd edək ki, ABŞ-da MLS və USL çempionatları martın 13-də dayandırılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest