Komandalar bazar ertəsi günü məşqlərə başlamalıdırlar. Bəzi oyunçular rəhbərliyə koronavirusa yoluxmaqdan qorxduqlarını və hazırlığa gəlməyəcəyini söyləyib.

İngiltərə höküməti iyunun əvvəlindən idman yarışlarının keçirilməsinə icazə veriləcəyini açıqlayıb. Matc.az "Daily Mail"ə istinadən xəbər verir ki, Premyer Liqa klublarının rəhbərləri bu qərarı birmənalı qarşılamayıblar.

Komandalar bazar ertəsi günü məşqlərə başlamalıdırlar. Bəzi oyunçular rəhbərliyə koronavirusa yoluxmaqdan qorxduqlarını və hazırlığa gəlməyəcəyini söyləyib.

Onlar vəziyyət normallaşana qədər gözləməyin yaxşı olduğunu düşünürlər. Futbolçuların fikirlərinin nəzərə alınmadığı üçün qərardan narazı olduqları bildirilir.

Qeyd edək ki, görüşlərin azarkeşsiz keçirilməsi nəzərdə tutulub

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest