"Valyadolid"in yarımmüdafiəçisi Mateus Fernandesin koronavirus testi müsbət nəticə verib. Matc.az xəbər verir ki, braziliyalı futbolçu karantinə alınıb.

Məlumata görə, komandada daha iki nəfər infeksiyaya yoluxub. Lakin onların adları açıqlanmayıb. 21 yaşlı oyunçu müqavilə ilə "Barselona"ya məxsusdur. O, qışda "Valyadolid"ə icarəyə verilib.

Fernandes komandanın heyətində heç bir oyunda iştirak etməyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest