"Yuventus" "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanı heyətinə qatmaq niyyətindədir. Matc.az xəbər verir ki, Turin klubu oyunçuya transfer bədəli ödəməmək üçün qarşı tərəfə üç futbolçusunu təklif edib.

Məlumata görə, "Yuventus" Poqbanın qarşılığında "Mançester Yunayted"ə Federiko Bernardeski, Duqlas Kosta və Adrian Rabionu verir. "Qırmızı şeytanlar" isə fransalı futbolçunun komandadan ayrılmasını istəmir. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

Qeyd edək ki, Poqba 2012-16-cı illərdə "Yuventus" da oynayıb.  O, 2016-cı ildə 105 milyon avro qarşılığında "Mançester Yunayted"ə keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest