"Məncə, hamı eyni vəziyyətdədir. Hazırlıqlar başlayan kimi çalışıb yenidən bərpa olunmalıyıq. Məşqlərə nə vaxt başlayacağımız barədə heç nə deyilməyib"

"Onlayn məşqlər edirik, nisbətən faydası olur. Ən azından məşqsizlikdən yaxşıdır. Ancaq etiraf edim ki, hazırkı formam yüksək səviyyədə deyil".

Bu sözləri matc.az saytına "Səbail"in müdafiəçisi Adil Nağıyev deyib. 24 yaşlı futbolçu mövcud durumun hamı üçün çətin olacağını vurğulayıb: "Məncə, hamı eyni vəziyyətdədir. Hazırlıqlar başlayan kimi çalışıb yenidən bərpa olunmalıyıq. Məşqlərə nə vaxt başlayacağımız barədə heç nə deyilməyib. Biz də gözləyirik. Yəqin ki, iki-üç günə hər şey dəqiq bilinər. Ancaq mövsümün ləğv edilməsini istəmirik. Bu, çox pis olar. Biz heç vaxt bu qədər evdə oturmamışdıq. Futbolçu üçün çox çətin dönəmdir".

Nağıyev komandaların tam hazır olmaları üçün uzun müddət lazım olduğunu bildirib: "Yəqin ki, çox vaxt verilməyəcək. çempionata hazırlığa iki-üç həftə zamanımız olacaq. Ancaq hər şeyi nəzərə almalıyıq. Bunun futbolçuların zədələnməsinə nə qədər təsiri olacaq, bilmirəm. Oyunda hər an zədələnə bilərsən. Belə şeyləri çox fikirləşmirik. Hər şeyi gözə alacağıq. Məşq üçün az vaxt verilməsinin zədə riskinin daha da artıracağını düşünmürəm. çünki futbolçu özü də gərək yeməyinə, içməyinə, məşqinə fikir versin. Bütün hər yerdə çempionatlar iyunun sonunda bitməlidir. Ona görə də hazırlaşmağımız üçün uzun zaman verilməyəcək. çalışıb formamızı tez bərpa etməliyik. Düzdür, bu asan olmayacaq. Amma yenə də maraqlı çempionat olacağını düşünürəm".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest