"Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Sane "Bavariya" ya yaxındır. Matc.az xəbər verir ki, Münhen klubu oyunçu ilə beş illik müqavilə imzalayıb.

Məlumata görə,  Bundesliqa təmsilçisi hazırda "şəhərlilər"lə danışıq aparır. "Bavariya" almaniyalı futbolçu üçün 40 milyon avro təklif etsə də, Mançester klubu 50 milyon tələb edir. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir. Xəbərdə Sanenin "Bavariya" ilə anlaşması yaxın gündə klubların da razılığa gəlməsinə səbəb olacağı vurğulanıb.

Qeyd edək ki, 24 yaşlı futbolçu zədə səbəbindən bu mövsüm heç bir oyunda iştirak etməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest