"İnter"in hücumçusu Lautaro Martines karyerasını "Barselona"da davam etdirmək istəyir. Matc.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, argentinalı oyunçu rəhbərlikdən "Mançester Siti" və PSJ-nin təkliflərini rədd etməsini tələb edib.

Məlumata görə, Martines Kataloniya klubu ilə razılığa gəlib. "Barselona"nın "İnter"lə danışıqları davam etdirdiyi bildirilir. La Liqa təmsilçisi oyunçuya illik 10 milyon avro təklif edib. Milan klubunun argentinalıya bu maaşı verə bilməyəcək.

Qeyd edək ki, Lautaro Martines cari mövsüm A Seriyasında 22 matç keçirib və 11 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest