UEFA milli federasiyalara qoyduğu tələblərini yumşaldıb. Matc.az xəbər verir ki, qrum rəhbərliyi daha öncə mayın 25-dək liqaların taliyi haqda məlumat verilməsini tələb etmişdi.

Bununla bağlı qrumun adı açıqlanmayan nümayəndəsi açıqlama verib. O, "UEFA mayın 25-dək mümkün qədər çox informasiya almaq istəyir. Amma başa düşürük ki, müxtəlif məhdudiyyətlər üzündən həmin vaxta qədər detallı planlar olmaya da bilər. Buna baxmayaraq, UEFA ümid edir ki, milli assosiasiyalar liqaların taleyi ilə bağlı hansısa məlumat alsın" – deyə, bildirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest